31.10.16

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Selcan Qurbanovadır.
Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini A.Ələkbərov adına İncəsənət Gimnaziyasında alıb. Uşaqlıqdan incəsənətə olan marağı Selcanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almağa gətirir. Seçdiyi ixtisas üzrə peşəkar olmağı qarşısına məqsəd qoyan Selcan hazırda İtaliyanın Milan şəhərində “Scuola Politecnica di Design” Universitetində qrafik dizayn üzrə magistratura təhsilini davam etdirir.