23.3.14

Bakalavriat - Tələb Olunan Sənədlər

Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsi ilə həyata keçirilir. Xahiş edirik elektron ərizəyə keçməmişdən əvvəl tələb olunan sənədlər ilə tanış olun. 


Diqqət! Elektron ərizəni doldurduğunuz zaman sizdən müvafiq sənədləri kompyuterinizdən ərizəyə yükləmək tələb olunacaq. Bütün sənədlərin elektron sürətini (skan) öncədən hazırlamağınızı xahiş edirik.

1. Xarici ali təhsil müəssisəsinə qəbul haqqında sənədin əsli.
2. Müvafiq tədris dili imtahanının verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikat (TOEFL, IELTS və s.)
3. TQDK imtahanının nəticəsini təsdiq edən sənəd
4. Attestat və ya orta ixtisas diplomu
5. Hazırda ali məktəbdə təhsil alırsınızsa - Təhsil aldığınız ali məktəbdən arayış və ən son transkript
6. Təhsil aldığınız və ya işlədiyiniz yerdən 2 ədəd tövsiyə məktubu (imza və möhür ilə)
7. Sertifikat və təltifləriniz (mövcud olduğu halda)
8. Ümumvətəndaş pasportunun fotoşəkil səhifəsi
9. Sağlamlıq haqqında arayış – AZS-086 nömrəli tibbi arayış
10.CV (istənilən formatda)
11.3x4 sm. (354x472 piksel) ölçüdə rəngli fotoşəkil. Fotoşəkil təmiz ağ fonda olmalıdır.

Yüklədiyiniz sənədlərin başlıqlarını adlarına uyğun olaraq qeyd etməyiniz xahiş olunur.