5.2.10

İş növləri

Work and Travel proqramı mədəniyyətlər arası mübadilə proqramıdır.
Proqrama qoşulan tələbələr ixtisas işlərində işləyə bilməzlər. Tələbələr ümumiyyətlə çox təcrübə tələb etməyən sadə işlərdə işləyirlər.

Mehmanxanalardakı resepsiyonist, mərtəbə cavabdehi, qapıçı, ofisiant, banket işi, çamaşırxana işi və təmirçi işləri, Restoranlardakı ofisiant, barmen, kassir, aşbaz vəya köməkçi aşbaz işləri, Mağazalardakı kassir, satıcı və müştəri xidmətləri işləri, Əyləncə parklarındakı oyun cavabdehi, cangüdən, ofisiant, kassir, dayanacaq cavabdehi, satıcı, mühafizə və sairə işləri Amerikada Work and Travel proqramı çərçivəsində işlənə biləcək işlər arasındadır.