İngilis dili Festivalı 4 nominasiya üzrə həyata keçiriləcək:
· Şeir müsabiqəsi
İngilis dilini xarici dil olaraq öyrənən şagirdlərin İngilis dilində şeir oxuma bacarıqlarını göstərdikləri müsabiqədir.
- Müsabiqə üzrə hər məktəbdən 2 müsabiqəçi (2 fərqli şeir ilə) müraciət edə bilər.
- İlkin seçimləri keçən müsabiqə iştirakçıları finalda iştirak etmək hüququ qazanacaq.
- Şeir müsabiqəsində 5-11 ci sinif şagirdləri iştirak edə bilər.
- Şeir müsabiqəsinin finalında iştirak edəcək məktəblər (şagirdlər) şeirlərin fon musiqilərini hazırlamalıdırlar.
- Müsabiqədəki şeirlər 7 dəqiqəni keçməməlidir.
· Mahnı müsabiqəsi
İngilis dilini xarici dil olaraq öyrənən şagirdlərin İngilis dilində mahnı oxuyaraq bacarıqlarını nümayiş etdirdikləri müsabiqədir.
- Müsabiqə üzrə hər məktəb 3 fərqli mahnı ilə işrirak edə bilər. Şagirdlərin mahnıları duet şəklində ifa etmək haqqı var.
- İlkin seçimləri keçən müsabiqə iştirakçıları finalda iştirak etmək hüququ qazanacaq.
- Müsabiqə üzrə hər məktəb 3 fərqli mahnı ilə işrirak edə bilər.
- Şagirdlərin mahnıları duet şəklində ifa etmək haqqı var.
- İlkin seçimləri keçən müsabiqə iştirakçıları finalda iştirak etmək hüququ qazanacaq.
- Mahnı müsabiqəsində 5-11 ci sinif şagirdləri iştirak edə bilər.
· Xüsusi bacarıq müsabiqəsi
İngilis dilini xarici dil olaraq öyrənən şagirdlərin parodiya, monoloq və tamaşa göstərmək üçün bədən dili, jest və mimikalardan istifadə edərək xüsusi bacarıqlarını İngilis dilində nümayiş etdirdikləri müsabiqədir.
- Mahnı müsabiqəsində 5-11 ci sinif şagirdləri iştirak edə bilər. Xüsusi bacarıq üzrə hər məktəbdən 3 səhnə və hər səhnədə maksimum 4 şagird iştirak edə bilər. Səhnə monoloq, parodiya və ya tamaşa şəklində ola bilər.
- Xüsusi bacarıqlar müsabiqəsində 5-11 ci sinif şagirdləri iştirak edə bilərlər.
- Tamaşanın nümayişi 7 dəqiqədən artıq olmamalıdır.
- Aparılacaq qiymətləndirmə nəticəsində ilk onluğa daxil olan şagirdlər xüsusi bacarıqlar müsabiqəsinin finalında iştirak etmə hüququ qazanacaqlar.
- Bu müsabiqədə tək adam iştirak edə biləcəyi kimi qruplar da iştirak edə bilər.
- Müsabiqənin qiymətləndirilməsində münsiflər İngilis dilindən istifadə etmə bacarığına, tamaşanın orijinallığına, rol ifa etmə qabiliyyətinə, ssenari müddətindən əlverişli istifadə olunmasına görə bal verəcəklər.
· İnşa müsabiqəsi
İngilis dilini xarici dil olaraq öyrənən orta məktəb şagirdlərinin hazırladıqları inşa yazı müsabiqədir.
- İnşa-yazı müsabiqəsində 5-11 ci sinif şagirdləri iştirak edə bilərlər.
- Müsabiqənin dili İngilis dilidir. Müsabiqə iştirakçılarının dil səviyyəsi İngilis dili departamentləri tərəfindən qiymətləndiriləcək.
- Yazı müsabiqəsində 4 şagird iştirak edə bilər. Bu müsabiqə 2 yaş həddinə görə bölünəcək - 2 nəfər 5-8 ci sinif, 2 nəfər 9-11 ci siniflər arası olmaq şərti ilə.
- Məqalələrin mövzusu, festivaldan öncə keçiriləcək bir həftəlik hazırlıq proqramında AZUS tərəfindən iştirakçılara bildiriləcək.
- Şagirdlər məqalələrini hazırlıq proqramında müəyyən olunacaq 1 saatlıq vaxtda müəllimlərin nəzarəti altında birbaşa özləri yazacaq və hazırlıq proqramının sonuna kimi münsiflər heyyəti tərəfindən yoxlanılacaq. Məqalələr 2-3 səhifə həcmində olmalıdır.
- Nəticələr barəsində şagirdlərə və ya müəllimlərə heç bir məlumat verilməyəcək. Festival günü İnşa-yazı müsabiqəsinin qalibləri açıqlanacaq.
- Məqalələrin son səhifəsində şagirdlər ad, soyad, doğum tarixi, şəhər, məktəb, ev ünvanı, telefon, elektron poçt ünvanı və,s. məlumatlarla birlikdə özləri haqqında qısa tərcümeyi-hal yazmalıdır.
AZUS müsabiqədə yazılan bütün məqalələri nəşr etmə hüququna sahibdir. Məqalələrdə ifadə olunan fikir və düşüncələrə görə iştirakçı şəxsən məsuliyyət daşıyır.
Qruplarda tənzimləmə və dəyişiklik etmə hüququ AZUS-a aiddir.
englishfestival.az