9.4.15

2015-2016-cı tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə elan olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 09.02.2015-ci il tarixli, 08 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və "prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan olunmuş müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla aşağıdakı keçiddən tanış ola bilərlər.

11.2.15

2015-2016-cı tədris ilin üzrə ali təhsil müəssisələrinin və prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.