5.2.10

İş saatları və Qazanc

Proqramda iştirak edən tələbə iş saatlarını ilk olaraq iş imzalamasında müəyyənləşdirməlidir.
Bu imzalamada iş sahibi ilə razılaşaraq özü və iş sahibi üçün uyğun minimum bir miqyas seçir. Bu miqyas günlük təqribən 8 saatdır.

Bu isə həftədə 35-40 saat mənasına gəlir. İş saatları işin gedişatına görə dəyişə bilər. Məsələn, sezonun ağır olduğu vaxtlarda iş sahibi sizə əlavə olaraq iş saatları ayıra bilər, ancaq bunu qəbul etmək tamamilə sizin istəyinizə bağlıdır.

Bu vaxtlarda iş sahibi işçiyə əlavə iş haqqı (Over - time) ödəmək məcburiyyətindədir. Bu ödəmə normal ödəmənin 1.5 qatı qədərdir.

Əgər siz istədiyiniz halda iş sahibi sizə əlavə iş imkanı vermirsə bunu ikinci işə girərək tamamlaya bilərsiniz. İkinci işiniz də ilk işiniz kimi tamamilə qanunidir.

Ümumi olaraq Work and Travel tələbələrinin gəliri saatlıq 7.5 - 9 ABŞ dollarıdır. Bu da tək işdə həftəlik 40 saat işləyən bir tələbənin Work and Travel sezonu boyunca təqribən 5.000 ABŞ dolları qazandığını göstərir.

Sadəcə bu belə, proqram üçün xərclədiyiniz qiymətlər və Amerikada qaldığınız müddətdə ehtiyaclarınız üçün çatacaq hətta artıq qalacaq. Bununla yanaşı, Work and Travel tələbələrinin təqribən %80i ikinci işlərdə işləməkdə, nəticə etibarı ilə qazanclarını artıraraq 7.500 – 10.000 ABŞ dollarına çatdırmaqdadırlar.

YALNIZ !!! Bu o demək deyil ki, Amerikaya gedən hər bir tələbə bu qazancı əldə edə biləcəkdir. Turizm sezonunun zəiflədiyi bölgələrdə bu qazanc çox aşağı səviyyələrə düşə bilməkdədir. Bunun üçün AZUS Work and Travel firması olaraq tələbələrimizə xəbərdarlıq edirik! Proqram xərcini ödəyə bilməyən tələbələr qətiyyən borc almaq və ya kredit götürməklə bu proqramda iştirak etməsinlər. Work and Travel proqramı pul qazanmaq üçün Amerikaya getmək istəyən tələbələr üçün uygun deyildir.