15.2.10

ÜMUMİ AÇIQLAMA

İngilis dili Festivalında iştirak etmək istəyən məktəblər AZUS-a müraciət etməlidirlər.



Iştirak edəcək məktəblərdə festivala ilkin hazırlıqların edilməsi üçün “İngilis dili Departamenti”

yaradılmalıdır. İngilis dili Departamenti əsasən 3 ingilis dili və 1 musiqi müəllimindən ibarət olmalıdır.


İngilis dili Departamentinin vəzifələri bunlardan ibarətdir:

Festivalla əlaqədar ilkin hazırlıqların edilməsi

Məktəblərdə şagirdlərə bu haqqda ətraflı məlumatın verilməsi

Müsabiqədə iştirak edəcək uşaqların seçilməsi

Şagirdlərin bu müsabiqələrə hazırlaşdırılması

Müsabiqə ilə bağlı məsələlərin həlli, şagirdlərə vaxtında müsabiqənin gedişatı haqqında

məlumatın verilməsi hər məktəb üzrə qurulacaq İngilis dili departamentinin məsuliyyətindədir.

İngilis dili Departamenti festivalda iştirak edəcək şagirdləri istənilən yolla seçə bilərlər.

Ancaq bu seçimlər İngilis dili Festivalının “Müsabiqə Şərtlərinə” uyğun olmalıdır.

Müsabiqədə iştirak etmək istəyən məktəblər İngilid dili Departamenti qurulduqdan

sonra 20 noyabr tarixinə qədər AZUS–a müraciət etməlidirlər.

İngilis dili Departamentləri 30 noyabr tarixinə qədər müsabiqədə öz məktəblərini təmsil

edəcək şagirdlərin tam siyahısını AZUS – a təqdim etməlidirlər.

Şagirdlərin festivalda nominasiyalar üzrə ifa edəcəkləri mövzular 30 dekabr tarixinə

qədər İngilis dili Departamenti tərəfindən AZUS – a təqdim edilməlidir.

Bu mərhələlərdən sonra hər bir məktəbi təmsil edəcək şagirdlər Festival müsabiqəsindən

qabaq seçim turlarından keçməlidirlər. Bu seçim turunda, finalda iştirak etmək hüququ

qazanan şagirdlər AZUS tərəfindən növbəti 1 həftə ərzində final müsabiqəsinə hazırlaşdırılacaqlar.
Final müsabiqəsində iştirak edəcək şagirdlərin ümumi qiymətləndirilməsini AZUS tərəfindən yaradılmış münsiflər heyəti həyata keçirəcək.


englishfestival.az