5.2.10

Amerikada qalacağınız yer

Work and Travel proqramında iştirak edən tələbələrin sığınacaq mövzusunda ümumiyyətlə iki şansı var.

1- SIĞINACAQ HƏLLİ OLAN İŞ SAHİBLƏRİ

Bəzi iş sahibləri Work and Travel tələbələrinin qalacaqları yerləri özləri təmin edirlər. Bir qismi öz daxillərində bu problemi həll edərkən bəziləri də iş yeri xaricində ev, yataqxana ya da mehmanxana kiralayaraq tələbələri yerləşdirirlər. İş sahbiləri bu xidmət qarşılığında tələbədən aylıq 150 - 300 ABŞ dolları tələb edirlər.


2- AZUS SIĞINACAQ DƏSTƏYİ

İş sahibləri sığınacaq problemini həll eləmədiyi halllarda tələbələrin gedəcəyi ərazinin xüsusiyyət və şərtlərinə əsasən aşağıdaki yollarla problemlər aradan qaldırılır.

a) Müvəqqəti sığınacaq: AZUS tələbə üçün gedəcəyi iş yerinə yaxın bir mehmanxana və ya yataqxanada əvvəlcədən yer sifariş edir. Tələbə Amerikaya getdikdən sonra özünə ən uyğun sığınacağı tapır və oraya köçür.

b) Qalıcı sığınacaq: AZUS gediləcək olan bölgədə tələbənin tələbləri əsasında bir tələbə yataqxanası ya da digər Work and Travel tələbələri ilə birlikdə qala biləcəkləri bir ev kiralanmağında danışıqlar aparır və məsləhət xidməti verir.