5.2.10

Work and Travel nə deyildir?

Work and Travel proqramı bəzi hallarda səhv başa düşülməkdədir.
Bu proqram hərtərəfli olaraq mükəmməl şəkildə təşkil olunub müştəri məmnuniyyəti yaratmağa çalışılan bir turizm proqramı deyil.
Bu proqrama qoşulan namizədlər, ABŞ-da iş təcrübəsi qazanmaq, bununla yanaşı işləyərək öz xərclərini ödəyib, yaşamaq və dincəlmək istəyən universitet tələbələri olmalıdır.

İş sahibləri və iş yerlərində işləyən digər işçilər, gələn tələbələri qonaq olaraq yox, işçi olaraq qəbul edirlər: - onlardan iş saatlarında öhdələrinə düşən vəzifəni ən yaxşı və ən məhsuldar şəkildə yerinə yetirmələrini istəyirlər. Amerika kimi kapitalist bir ölkədə iş sahibi və digər işçilərdən əlavə bir qonaqpərvərlik gözləmək əbəsdir.

Work and Travel proqramında hər şey hər zaman mükəmməl olmaya bilər. Təhlükəsizlik probleminizin olmayacağından əmin ola bilərsiniz. Ancaq bu proqram sizi əyləndirmək yox, sizi real həyatla üzləşdirmək məqsədi daşıyır.

Work and Travel proqramında iştirak etməkdəki məqsədiniz yüksək gəlir əldə etməkdirsə bu proqram qətiyyən sizin üçün deyil. Əlbəttə bir çox tələbə üç aylıq proqram müddətində tələbə üçün az sayılmayacaq pul qazana bilir. Ancaq bu o demək deyil ki, Amerikaya gedən hər tələbə zəngin olaraq vətənə qayıdacaqdır. Amerikada qazanacağınız pul zəngin olmaq üçün yox, oradakı xərclərinizi, günlük ehtiyaclarınızı və səyahətlərinizi qarşılamaq üçün nəzərdə tutulmalıdır.

Real həyatda olduğu kimi bu proqramda da işiniz, qaldığınız yer, iş yoldaşlarınız və digər buna bənzər sahələrdə bəzi problemlərlə qarşılaşa bilərsiniz. Bu problemlərlə üzləşərkən firmamız sizə yüksək səviyyədə köməklik edəcək. Ancaq sizin də təklikdə bu kimi problemlərin öhdəsindən gələ bilməyiniz lazımdır. Bunlara hazır olmalısınız.