31.10.16

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Selcan Qurbanovadır.
Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini A.Ələkbərov adına İncəsənət Gimnaziyasında alıb. Uşaqlıqdan incəsənətə olan marağı Selcanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almağa gətirir. Seçdiyi ixtisas üzrə peşəkar olmağı qarşısına məqsəd qoyan Selcan hazırda İtaliyanın Milan şəhərində “Scuola Politecnica di Design” Universitetində qrafik dizayn üzrə magistratura təhsilini davam etdirir.

20.9.16

İsveçrə Konfederasiyasının 2017-2018-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elan

Ölkə: İsveçrə Konfederasiyası
Təhsil səviyyəsi: Doktorantura/PhD və tədqiqat
Qarşılanan xərclər: aylıq təqaüd, təhsil haqqı, yol xərci, sığorta xərci və s.  
Müraciət forması: elektron
Son müraciət tarixi: 15.11.2016

10.6.16

2016/2017-ci tədris ili üçün illik qeydiyyat-hesabat

son qeydiyyat tarixi: 30.09.2016-cı il

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.