10.6.16

2016/2017-ci tədris ili üçün illik qeydiyyat-hesabat

son qeydiyyat tarixi: 30.09.2016-cı il

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.

Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçmək məqsədiləTəhsil Nazirliyinə gəlmədənaşağıdakı sənədləri(ali təhsil müəssisəsinin imza və möhürü ilə)təhsil aldıqları ölkə üzrə məsul əməkdaşın (http://xaricdetehsil.edu.gov.az/c-elaqe/) elektron poçt ünvanına göndərməlidir:
1.Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi.
1.1.Sənəddə növbəti tədris ilinin başlama və bitmə tarixləri (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır.
2.Cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript).
3.Növbəti tədris ilinin təhsil haqqına dair rəsmi invoys (olduğu təqdirdə).
Göstərilən sənədlər səliqəli şəkildə "skan” edilərək adlarına uyğun olaraq qeyd edilməlidir.
Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə tərəfimizdən təhsil aldığınız ali məktəbə sorğu göndəriləcəkdir.
Diqqət!Türk, rus və ingilis dillərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır.
Diqqət!Yalnız sənədləriniz tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün yaşayış və təhsil xərclərinizin ödənişi mümkün olacaqdır.



Gediş-gəliş biletləri ilə bağlı


Qeydiyyatı uğurla başa vurmuş tələbələr gediş-gəliş biletlərinin əldə olunması üçün təhsil aldıqları ölkə üzrə məsul əməkdaşın ( http://xaricdetehsil.edu.gov.az/c-elaqe/) elektron poçt ünvanına səyahət edəcəkləri istiqamətlər (misal üçün "Bakı-Toronto-Bakı”) qeyd olunmaqla müraciət etməlidirlər.
Yalnız qeydiyyatdan keçmiş tələbələr üçün müvafiq sifariş məktubları hazırlanacaq və Təhsil Nazirliyinə şəxsən gəlməyərək birbaşa "Xəzər” və ya "Filosofi” şirkətlərindən biletlər əldə olunacaqdır.
Sifariş məktubları hazır olduqda sizə fərdi qaydada elektron məktub ünvanlanacaqdır.

Müraciətinizin dəyərləndirilməsi üçün ən azı 15-20 iş günü tələb olunur.
Ünvanlar:
Xəzər MMC Filosofi MMC
Bakı ş., Azadlıq pr. 36,
(28 May metrosunun II çıxışının yanı)
Tel: 012 4494361, 012 4187878
Bakı ş., Bakıxanov küç. 6,(Bridge Plaza, 5-ci mərtəbə)
Tel: 012 4368304, 012 4368303