5.2.10

Müraciət və Əməliyyatlar

Yaş, tədrisdəki müvəffəqiyyət vəziyyəti, sosyo-ekonomik cəhətlərdən proqrama uyğun olan tələbələr qeydiyyat formunu doldurub, proqrama qoşulmaq üçün nəğd 200 AZN ödəyir.



Tələbə qeydiyyat müddətində tələb olunan form və sənədləri hazırlayıb 10 gün ərzində AZUS-a təqdim edir.

Tələbə AZUS məsləhətçiləri ilə özünə ən uyğun işi seçir. İşin adı, vəziyyəti, növü, iş saatları, maaşları və sairə məlumatlarıyla işi özünə uyğun görən tələbə kontrakt imzalayır.

İşinə yerləşdirilmiş və sənədləri hazırlanmış olan tələbələr üçün DS 2019 formu sifariş edilir. DS 2019 formu ABŞ tərəfindən təsdiq edilən və proqram müddəti ABŞda qanuni olaraq işləməyinizi təmin edən rəsmi sənəddir. Bu sənədi əldə etmək üçün proqrama qeydiyyatla əlaqəli bütün ödəmələrinizi tamamlamalısınız.

AZUS məsləhətçiləri sizi viza görüşü üçün hazırlayır, sənədlərinizi diqqətlə yoxlayır və səfirliklə görüş vaxtı təyin edir. Sizə bildirilən tarixdə viza müraciəti üçün səfirlikdə olmalısınız.

Səyahət proqramı hazırlanır. Bu mərhələdə istəsəniz AZUS sizə sərfəli qiymətlərlə təyyarə bileti təşkil etməkdə də köməklik edir.

Səyahətdən əvvəl Work and Travel konfransında iştirak edərək, ABŞ-da həyat və iş şərtləri haqqında ətraflı məlumat ala bilərsiniz.