15.2.10

FESTİVALIN MƏQSƏDİ

İngilis dilinin dünya dili kimi öyrənildiyi bir zamanda ölkəmizdə də məktəblilərin ingilis dili səviyyələrinin artılması və bunu nümayış etdirə bilmələri üçün şərait yaratmaq, mühim məsələlərdəndir.

Bir çox ölkədə geniş şəkildə keçirilən İngilis dili Festivalı artıq Azərbaycanda da məktəblilərin ingilis dili səviyyələrini nümayiş etdirmələri üçün ənənəvi olaraq keçirilir.

Bu festivalda şagirdlər final mərhələsinə qədər müəyyən seçim turlarından keçir və finalda iştirak üçün yalnız bu şagirdlərin bir hissəsi haqq qazanır. Məktəblərdə festivala hazırlığa tədris ilinin başlanğıcında start verilir və bu hazırlıq fevral ayında keçiriləcək final mərhələsinə qədər davam etdirilir.

Festivalın əsas məqsədi müasir dünyada ingilis dilinə daha çox ehtiyac olduğunu nəzərə alaraq, gənclərin gələcək perspektivlərini genişləndirmək üçün ingilis dilini daha həvəslə və daha mükəmməl səviyyədə öyrənməsinə şərait yaratmaqdır. Eyni zamanda tarix və mədəniyyətimizi başqa millətlərə çatdırmaq və təbliğ etməkdir.

Müsabiqədə iştirak ödənişsizdir. Bu müsabiqə ilk dəfə keçirildiyinə görə yalnız Bakı şəhərində yerləşən məktəblərin iştirakına üstünlük verilir. Növbəti illərdə isə Respublikanın bütün məktəbləri bu layihədə iştirak etmək üçün dəvət ediləcək.

Keçirilən festivalın gələcək nəslin inkişafı üçün mühim rol oynayacağına inanır və gənclərimizin perspektivlərini genişləndirmələrində önəmli yer tutacağına ümid edirik.


englishfestival.az