5.2.10

Work and Travel nədir?

Work and Travel (WAT) ABŞ hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır.
Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, sizin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağınızı və düşünməyinizi təmin edən və bununla yanaşı səyahət xərclərinizi qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir.

Work and Travel’in Faydaları

Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edirlər. İlbəil iştirakçılarının sayı artan bu mükəmməl gənclik proqramı aşağıdaki fürsətləri ve faydaları təqdim edir:

Ayda təqribən 1000-1500 ABŞ dolları qazana biləcək və proqram üçün lazımi yaşayış və səyahət xərclərinizi ödəyə biləcəksiniz. Hər kəsin xəyallarını bəzəyən Amerikanı xərclərinizi özünüz ödəyərək doyunca səyahət edib, cibinizdə artıqlamasıyla pulla qayıda biləcəksiniz. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti əldə edəcək, bununla yanaşı, heç kimə yük olmayacaqsınız. Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələrlə ölkəmizə geri qayıdacaqsınız.

Amerikada qaldığınız 4 ay müddətində ingiliscə danışıq qabiliyyətinizi inkişaf etdirəcək və ingilis dili məlumatınızı real həyatda praktiki olaraq tətbiq etmək fürsəti qazanacaqsınız. Özünüzə yaranan inam sizə hər yerdə fikrinizi ingilis dilində sərbəst ifadə etməkdə kömək edəcək. Bu inam sayəsində praktika qabiliyyətiniz artacaq və xarici dildə komplekssiz danışacaqsınız.

Gələcək karyeranız üçün təcrübə qazanacaqsınız. Bu təcrübə sizin müxtəlif sahələrdə rəqiblərinizdən bir neçə addım irəlidə olmağınızı təmin edəcəkdir. Xaricdə iş təcrübəsi əldə edəcək və beləcə CV-nizə yeni bir üstünlüklər əlavə edəcəksiniz. Təsəvvür edin ki, ölkəmizdəki yüksək maaşlı bir iş üçün müraciət edirsiniz və hələ tələbə ikən işləmiş olduğunuz Amerika şirkətlərinin adları CV-nizdə yer alıb! Bu həqiqətən də çox əhəmiyyətlidir.

Həm Amerika vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətimizi də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti əldə edəcəksiniz. İşləyərək öz gücünüzə inanacaq və həyata daha obyektiv baxacaqsınız. Ən başlıcası isə başqalarının köməyinə ehtiyac duymadan fərdi olaraq yeni layihələrinizi həyata keçirə, azad qərar verə biləcəksiniz.

Xaricdə təshil, təqayüd və praktika imkanları ilə daha yaxından maraqlanaraq özünüzə uyğun universitet və ya iş yeri tapa biləcək, bütün imkanlarınızı özünüz dəyərləndirə biləcəksiniz.

Proqrama qoşularaq özünüzü yeni və həyəcan verici sınağa çəkib, fərqli mədəniyyətlərin hər gün daha da yaxınlaşdığı dünyamızda bu istiqamətdəki qabiliyyətlərinizi inkişaf etdirmək fürsəti əldə edəcəksiniz.