23.3.14

Bakalavriat


Dövlət Proqramı dəstəyi ilə xaricdə təhsil almağa göstərdiyiniz marağa görə sizə təşəkkür edirik. Dövlət Proqramı çərçivəsində bakalavr təhsilinizin maliyyələşdirilməsi üçün seçim meyarları ilə tanış olmağınızı xahiş edirik.

Diqqət! Yalnız xarici ali təhsil müəssisəsindən qəbul məktubu aldıqdan sonra Dövlət Proqramında iddiaçı şəklində iştirak edə bilərsiniz!

  1. Dövlət Proqramı təqaüdçüləri 29 yaşınadək olan və orta təhsilini başa vurmuş Azərbaycan vətəndaşları sırasından seçilir.
  2. Dövlət Proqramı təqaüdçüləri müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya Proqram çərçivəsində xaricdə təhsilini başa vurmamış iddiaçılar sırasından seçilir.
  3. Qəbul olduğunuz ali məktəb Dövlət Proqramı siyahısında yer almalıdır.
  4. Seçdiyiniz ixtisas Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilmiş prioritet ixtisaslar siyahısında yer almalıdır.
  5. Dövlət Proqramı təqaüdçüləri dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər. Xarici dil tələbləri barədə daha ətraflı.

Qeyd – Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə dil və ya hazırlıq (foundation) kursları maliyyələşdirilmir.
Dövlət Proqramı seçimlərində iştirak etmək və elektron ərizəni doldurmaq üçün siz ilk öncə tələb olunan sənədləri toplamalısınız.