Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə müəyyən edilmiş xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətləri:
- Baytarlıq;
- Biologiya;
- Biznesin idarəolunması
- Fizika;
- İqtisadiyyat;
- İnformasiya texnologiyaları;
- İnsan resurslarının idarəolunması
- Kənd təsərrüfatı;
- Kimya;
- Klassik Avropa musiqisi;
- Qədim dillər;
- Mühəndislik;
- Nanotexnologiyalar;
- Neft sənayesi;
- Riyaziyyat;
- Təhsilin təşkili və idarəolunması;
- Tibb;
- Turizm
Digər ixtisas istiqamətləri
Seçim prosesi çərçivəsində bərabər göstəricilərə malik olan namizədlər arasında isə prioritet ixtisas istiqaməti üzrə müraciət edən şəxslərin namizədliyi digər ixtisas istiqaməti üzrə müraciət edənlərlə müqayisədə üstünlüyə malik olacaqdır.