Showing posts with label xaricdə təhsil. Show all posts
Showing posts with label xaricdə təhsil. Show all posts

31.10.16

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Selcan Qurbanovadır.
Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini A.Ələkbərov adına İncəsənət Gimnaziyasında alıb. Uşaqlıqdan incəsənətə olan marağı Selcanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almağa gətirir. Seçdiyi ixtisas üzrə peşəkar olmağı qarşısına məqsəd qoyan Selcan hazırda İtaliyanın Milan şəhərində “Scuola Politecnica di Design” Universitetində qrafik dizayn üzrə magistratura təhsilini davam etdirir.

10.6.16

2016/2017-ci tədris ili üçün illik qeydiyyat-hesabat

son qeydiyyat tarixi: 30.09.2016-cı il

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri hər tədris ilinin sonunda qeydiyyatdan keçməlidirlər.

9.4.15

2015-2016-cı tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə elan olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 09.02.2015-ci il tarixli, 08 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və "prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan olunmuş müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla aşağıdakı keçiddən tanış ola bilərlər.

11.2.15

2015-2016-cı tədris ilin üzrə ali təhsil müəssisələrinin və prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.


23.3.14

Bakalavriat - Tələb Olunan Sənədlər

Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsi ilə həyata keçirilir. Xahiş edirik elektron ərizəyə keçməmişdən əvvəl tələb olunan sənədlər ilə tanış olun. 

Beynəlxalq xarici dil imtahanları


TOEFL (Test of English as a Foreign Language) - http://www.ets.org/toefl
IELTS (International English Language Test System) - http://www.ielts.org/
GRE (Graduate Record Examinations) -http://www.ets.org/gre/
GMAT (Graduate Management Admission Test) -http://www.mba.com/the-gmat.aspx
SAT (Scholastic Aptitude Test) -http://sat.collegeboard.org/home
TCF (Test de connaissance du francais) -http://www.ciep.fr/en/tcf/
TestDaF (Test Deutsch als Fremdsprache)- http://www.testdaf.de/index.php
DELE (Diplomas de Espanol como Lengua Extanjera) -http://diplomas.cervantes.es/

Bakalavriat


Dövlət Proqramı dəstəyi ilə xaricdə təhsil almağa göstərdiyiniz marağa görə sizə təşəkkür edirik. Dövlət Proqramı çərçivəsində bakalavr təhsilinizin maliyyələşdirilməsi üçün seçim meyarları ilə tanış olmağınızı xahiş edirik.

Universitetlər - ABŞ (Yalnız bakalavrdan sonrakı təhsil səviyyələri üzrə təhsil nəzərdə tutulmuşdur)


Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı:

Ödəniş Cədvəli


"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” tələbələrinin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normaları cədvəli ilə tanış olun.

İxtisas İstiqamətləri


Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə müəyyən edilmiş xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətləri:

Dövlət Proqramı Haqqında

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlar atılmışdır. Beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlıq inkişaf etməyə başlamış, qabaqcıl dünya ölkələri ilə ayrı-ayrı sahələrdə inteqrasiya prosesləri geniş vüsət almışdır. Ölkənin daxili və xarici siyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri etmişdir.